FED.az xəbər verir ki, prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin , eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, bu qurumların əməkdaşlarının aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Eləcə də bax: Dövlət qurumlarında maaşlar artırıldı – SƏRƏNCAMLAR