Dövlət qurumlarında maaşlar artırıldı – SƏRƏNCAMLAR
18:519 Mart 2018
Prezident İlham Əliyev bir sıra dövlət qulluqçularının əmək haqlarının artırılması ilə bağlı sərəncamlar imzalayıb. FED.az xəbər verir ki, prezidentin sərəncamları ilə Xarici Kəşfiyyat Xidmətinin (XKX) hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin,
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, eləcə də
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamlar imzalayıb. Sərəncamlara görə, həmin qurumlarda maaşlar 10% artırılıb.