“Azərsu” ASC pandemiya ilə əlaqədar sayğaca baxış keçirilmədən orta sərfiyyata uyğun hesabat verilən zaman hesablanmış artıq ödənişlərlə bağlı məlumat yayıb.
Eləcə də bax: Su pulu borcunu «Facebook»da araşdırmaq – MÜMKÜN OLACAQ -«AZƏRSU»DAN YENİLİK
FED.az xəbər verir ki, sonrakı aylarda sayğaca baxış keçirilərək hesabatlar dürüstləşmə aparılmaqla verilir: “Yəni, əgər abonent orta sərfiyyatdan çox su istifadə edibsə real sərfiyyata uyğun hesabat aparılacaq və ya az istifadə edibsə sayğac göstəricisi orta sərfiyyat göstəricisinə çatanadək hesabat aparılmayacaq. Abonentin hesabında dürüstləşmə insan amili olmadan proqromsal əsaslarla aparılır. Əgər abonentlərin bununla bağlı hər hansı müraciəti olarsa "Borcun araşdırılması üzrə müraciət" elektron xidmətindən istifadə edə bilərlər.
Nümunə üçün 2 abonentin hesabından çıxarışlar da əlavə edilir”.