İrandakı hadisədən sonra Azərbaycanın başqa ölkələrdəki diplomatik nümayəndəliklərinin də mühafizəsi gücləndirilib.
Qazaxıstanda Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hadisəsi pislənilib - FOTO
FED.az xəbər verir ki, Aktaudakı Baş konsulluğun mühafizəsinin gücləndirilməsi barədə məlumat verilib.
Baş konsulluqdan bildirilib ki, baş verən hadisə ilə əlaqədar olaraq Aktaudakı Baş konsulluğun mühafizəsi də gücləndirilib. «İnzibati binanın müvafiq radiuslar üzrə gücləndirilməsi məqsədilə, Mangistau vilayətinin akimliyinə və polis idarəsinə müraciət olunub. Nəticədə polis postlarında mühafizə əməkdaşlarının sayı artırılıb və təhlükəsizlik ciddi nəzarətə götürülüb»-deyə konsulluqdan bildirilib.