Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. FED.az xəbər verir ki, prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.
Fərmana əsasən, Qida Təhlükəsizliyi Agentlik 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a daxil olan açıqlama bildirili ki agentliyin yaradılması bu sahədə idarəetmənin səmərəliliyini və optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq. Mərkəzin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyni bildirir ki, Qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslara qənaət edilməsinə, istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, xarici ölkələrə ixrac edilən qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə, idxal olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına və şəffaflaşdırılmasına, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzərətin gücləndirilməsinə səbəb olacaq.
Eləcə də bax: "Azərbaycan Beynəlxalq Bank"ı işçi axtarır - VAKANSİYA
Prezidentin fərmanı ilə həm də yeni agentliyin strukturu da təsdiqlənib, qeni qurumda 75 nəfər çalışacaq.
Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq. Bu institut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılması, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin həyata keçirilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanması və digər müvafiq fəaliyyətləri həyata keçirəcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlaması gələcəkdə ölkənin beynəlxalq reytinqlərdə irəliləməsinə də öz töhfəsini vermiş olacaqdır. Belə ki, Agentliyin fəaliyyəti ölkənin Qlobal Rəqabətlilik İndeksində “İnstitutlar”, “Səhiyyə və ibtidai təhsil”, “Əmtəə bazarının effektivliyi” adlı alt indikatorları üzrə pozisiyalarının yaxşılaşdırılmasına birbaşa və dolayı təsir edəcəkdir.
Eləcə də bax: "AFB Bank" işçi axtarır - VAKANSİYA
Azərbaycanda yeni dövlət qurumu yaradıldı - PREZİDENTDƏN FƏRMAN
21:01
13 Noy 2017