“ABB” ASC Maliyyə monitorinqi xidmətinə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Açılan hesabların monitorinqi, rəylərin verilməsi;
Müştəri əməliyyatlarının monitorinqi;
Qeyri-adi, iri məbləğli əməliyyatların təhlili, şübhəli əməliyyatların aşkar edilməsi;
Müştəri əməliyyatlarının PL/TMM və Valyuta rejiminin tələblərinə uyğunluğunun yoxlanılması;
AR Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunan hesabatların tərtib edilməsi.
Vakant vəzifə üzrə tələblər:
Ali Təhsil;
Bankın müştərilərə xidmət sahəsində 1-3 il iş stajı;
Azərbaycan, rus və ingilis dillərində şifahi və yazılı qaydada fikirlərini düzgün ifadə etmək bacarığı;
Ofis proqramlarında sərbəst işləmək bacarığının olması.
Bu iş sizə nələri qazandıracaq:
Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 noyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Maliyyə monitorinqi xidmətinə aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az