Azərbaycanda texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələr (hallar) müəyyənləşdiriləcək.
FED.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyi daha - 31 MÜTƏXƏSİSİ İŞƏ GÖTÜRÜB
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla beynəlxalq təcrübə nəzərə alınmaqla, texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələri (halları) müəyyənləşdirəcəyi təqdirdə, bununla bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyinə istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydalarının layihəsini də Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.