Azərbaycanda 2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkilərinə daha bir biznes mütəxəssisi qoşulub.
Eləcə də bax: Daha bir biznesmen - DEPUTATLIĞA NAMİZƏDDİR – ŞİRKƏTLƏRİ, SİYAHI
FED.az xəbər verir ki, Beynəlxalq Standartlar üzrə ölkənin tanınmış mütəxəssisi, “Bureau De Qualite” Azərbaycanın direktoru Asif İbrahimov parlament seçkilərində iştirak etməyə hazırlaşır. Qeyd edək ki, «Bureau De Qualite” şirkəti hal-hazırda beynəlxalq standartlar üzrə nəinki ölkənin, hətta regionun aparıcı konsaltinq şirkətlərindən biri sayılır. Şireət hazırda Azərbaycanın orta və iri şirkətlərində, beynəlxalq standartların tətbiqi, o cümlədən ixrac olunun məhsullarla bağlı məsləhət xidməti göstərir.
Eləcə də bax: İri mebel şirkətinin və kredit təşkilatının təsisçisi - DEPUTAT OLA BİLƏR
A.İbrahimov namizədliyini 34 saylı Xətai ikinci seçki dairısindən irəli sürüləcək, artıq imza toplama prosesi başa çatıb.
İbrahimov Asif Arzuman oğlu 17 Dekabr 1985–ci ildə Rusiya Federasiyasının Krasnodars şəhərində anadan olub. 1992–2003-cü illərdə Nərimanov rayonu Bağça Məktəb Lisey Kompleksi nəzdində 200 saylı orta məktəbdə, 2003-2007–ci illərdə isə Bakı Slavyan Universitetində bakalavr təhsili almışdır. 2007–ci ildə Bakı Slavyan Universitetində magistratura pilləsinə qəbul olunmuş, akademik məzuniyyət götürərək hərbi xidmətə (Naxçıvan Muxtar Respublikası) getmiş, hərbi xidmətdən sonra təhsilini davam etdirərək 2010–cu ildə magistratura təhsilini bitirmiş, 2012-2015-ci illərdə isə Moskva Dövlət İqdisadiyyat və Statistika Universitetinin menecment ixtisası üzrə təhsilini yenidən davam etdirmişdir.
Asif İbrahimov 13 illik əmək fəaliyyəti ərzində Azərbaycan, Türkiyə, Gürcüstanda bir çox müəssisə və təşkilatlarda beynəlxalq idarəetmə standartlarının tətbiq edilməsində aparıcı məsləhətçi kimi fəaliyyət göstərmiş, hal-hazırda regionun aparıcı konsaltinq şirkətlərindən biri olan “Bureau De Qualite” Azərbaycanın direktorudur. İdarəetmə və beynəlxalq standartlar sahəsində bir ən yaxşı ekspertlərdən hesab olunur. Ailəlidir 3 övladı var.
A.İbrahimovun atası İbrahimov Arzuman Pənah oğlu 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğunda şəhid olub.