Müvafiq razılaşmalara əsasən, komissiyalar “Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər.
Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü il iyulun 1-nə olan vəziyyətə görə, komissiyalar işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıblar.
"Danışıqlar konstruktiv məcrada davam edir. Razılaşdırma prosesinin tezliklə başa çatdırılması planlaşdırılır", - məlumatda vurğulanıb.