Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin tələblərinə baxmayaraq, Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bildirib.
Ermənistanla Azərbaycanın daha bir sərhəd kəndində delimitasiya başlayıb
FED.az xəbər verir ki, Nikol Paşinyan bu barədə mətbuat konfransında bildirib.
“Əgər mən arxiyepiskopların, katolikosların və başqalarının tələblərini yerinə yetirsəm və delimitasiyanı dayandırmaq göstərişi versəm, nə baş verəcək? Müharibə başlayacaq. Bu müharibə bir neçə mənada legitim olmayacaq”, - deyə o vurğulayıb.
Ermənistan müxalifəti baş naziri Azərbaycana birtərəfli qaydada güzəştə getməkdə təqsirləndirir. Onlar hesab edirlər ki, 1990-cı illərdən Ermənistanın nəzarətində olan dörd kəndin Azərbaycana verilməsi qəbuledilməzdir.
Xatırladaq ki, delimitasiya prosesi başlayandan sonra İrəvanda və sərhəddəki Tavuş bölgəsində etiraz aksiyaları keçirilib. (Azərtac)