Azərbaycan Rusiyanın “Su-57” tipli ən modern beşinci nəsil qırıcı təyyarələrini almağa maraq göstərir.
FED.az xəbər verir ki, bu barədə Rusiya hərbi sənaye kompleksindəki mənbə bildirib.
Eləcə də bax: Azərbaycan prezidentinə - YENİ TƏYYARƏ GƏTİRİLİR
Qeyd olunub ki, iki ölkə arasında hərbi texniki əməkdaşlıq məsələləri Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putinin bu ilin oktyabrın 3-də Soçi şəhərində keçirilmiş danışıqlarında da müzakirə edilmişdi.
Həmçinin Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarından sonra Rusiya tərəfilə silah tədarükünə dair sövdələşmə ehtimalını dilə gətirmişdi: “Bəzi maraqlı fikirlər var”.
Bununla yanaşı, Azərbaycanın "Su-57"lərə maraq göstərməsi Ermənistanın Rusiyadan “Su-30SM” tipli dörd qırıcı təyyarəni almasına və daha 8 ədədini alacağına təkan verdiyi göstərilir. Bildirilir ki, “Su-57” təyyarələrini almaqda Türkiyə də maraqlıdır. Lakin adıçəkilən təyyarələrdən 2027-ci ilədək 76 ədədinin tədarükünə dair Rusiya Müdafiə Nazirliyinin ehtiyacları ixracatdan əvvəl ödəniləcək.
© “Report”