“Azərbaycan Hava Yolları” (AZAL) QSC yaxın vaxtlarda B777-200 (LR) təyyarəsini Bakıya gətirəcək.
FED.az xarici aviasiya mənbələrinə istinadən xəbər verir ki, VIP hökumət rəsmilərinin istifadəçi üçün nəzərdə tutulan bu təyyarədən Boeing şirkəti indiyə qədər 59 ədəd istehsal edib.
Artıq AZAL-ın standart rəngi ilə rənglənmiş VİP təyyarə Ch-aviation saytının nümayəndələrinə göstərilib.
Qeyd edək ki, sbözügedən təyyarə «Boing»in son 5 ildə satdığı ilk belə təyyarədir. Sonuncu dəfə belə təyyarə 2014-cü ilin dekabrında Ekvatorial Qvineyaya satılıb.
VİP B777-200 (LR) təyyarəsi Azərbaycan prezidentinin və 1-ci vitse-prezidentin xidməti istifadəsi üçün nəzərdə tutulub.
Hazırda «B777-200 (LR)» təyyarələrinin ən böyük istifadəçiləri ABŞ-ın «Delta Air Lines» və Dubayın «Emirates» şirkətləridir. «Qatar Airways», «Air Canada», «Air India», «Turkmenistan Airlines», Pakistan və İraq hava yollarında da bu təyyarələrdən istifadə edilir.