Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 101,3 % və yaxud 126 milyon manat səviyyəsində icra olunub.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,7 % və yaxud 27,3 milyon manat çoxdur.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri faktiki büdcə xərclərinin 1,6 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin dövlət büdcəsindən bu sahəyə 621,78 milyon manat ayrılması nəzərə tutulub.