Rəsmi Bakı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda Fransanın vasitəçiliyindən imtina etmək niyyətindədir.
FED.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin bu gün yaydığı açıqlamada bildirilir ki, Fransa prezidenti Emmanuel Makronun son açıqlamalarıFransanın bu məsələdə qərəzsiz olması ilə bağlı ciddi suallar doğurur.
Xatırladaq ki, bir gün əvvəl Fransa prezident Makron televiziya müsahibəsində Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib, Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanı günahlandırıb, Azərbaycanın Qarabağ bölgəsini «mübahisəli ərazi» adlandıraraq ölkəmizin ərazi bütövlüyünü şübhə altına alıb.
Makron: «Fransa həmişə ermənilərin yanındadır, biz Ermənistandən əl çəkməyəcəyik» tipli bəyanatlar verib.
Xarici işlər nazirliyi Fransa prezidentinin bəyanatına ətraflı cavab verib. Eyni zamanda bəyanatda bildirilir ki:
«Azərbaycan növbəsində, hazırda Minsk Qrupunun fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə yox deməyib və bu günədək E.Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər baş tutub. Ancaq Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altında alır.
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçlik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir», - Azərbaycan XİN-dən bildirilib.