Suriyada ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq.
SOCAR Türkiyə: "Suriyanın enerji təchizatında rol oynamağa hazırıq"
FED.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, müvəqqəti işlər vəkili səviyyəsində Suriyaya nümayəndə göndəriləcək.
C.Bayramov xatırladıb ki, 2012-ci ildən etibarən Azərbaycanın Suriyada heç bir diplomatik fəaliyyəti olmayıb:
“Məlum hadisələrdən dərhal sonra bu istiqamətdə müvafiq adıdmlar atılıb. Qısa müddətdə Azərbaycan nümayəndə heyəti Suriyaya səfər etdi. Orada Suriya XİN başçısı və digər aidiyyəti şəxslərlə görüşlər keçirildi. Biz oradakı diplomatik missiyamızın bərpa edilməsi niyyətimizi bildirdik”.
***
Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir.
FED.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.
Türkiyə XİN başçısı bugünkü görüşdə Ceyhun Bayramovla bu mövzuda müzakirə apardıqlarını vurğulayıb. (Report)