SOCAR dövlət səviyyəsində qərar qəbul ediləcəyi təqdirdə Suriyanın enerji təchizatında rol oynamağa hazırdır.
FED.az xəbər verir ki, bu barədə SOCAR Türkiyənin baş icraçı direktoru Elçin İbadov Socar Türkiyənin 2024-cü ilin yekunlarına həsr olunan illik ənənəvi mətbuat konfransında bildirib.
E.İbadov bildirib ki, tikinti və bərpa işləri, eləcə də bütün sektorların dirçəlməsi üçün enerji resursları tələb olunacaq. "Əgər hökumət siyasi nöqteyi-nəzərdən qərar qəbul edərsə, Azərbaycan və Türkiyənin maraqlarına uyğun olaraq “SOCAR Türkiye Enerji”yə belə bir rol həvalə edilərsə, biz onu məmnuniyyətlə yerinə yetirəcəyik. Suriyada və regionda sülh və sabitliyin bərqərar olması bizi sevindirir. Bu, iqtisadi inkişafa və elektrik enerjisinə tələbatın artmasına səbəb olacaq - deyə, E.İbadov vurğulayıb.