Prezident İlham Əliyevin sərəncamına əsasın 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildikdən sonra ölkəmizdə ekoloji istiqamətli bir sıra tədbirlər keçirilir.
FED.az xəbər verir ki, həm dövlət, həm də özəl qurumların təşkilatçılığı ilə maarifləndirici görüşlər təşkil edilir.
Daim ekoloji sosial layihələri dəstəkləyən “Zeytun bağları” da bu sahədə fəal iştirak edir.
Belə ki, Heydər Əliyev Mərkəzində baş tutan VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlzalq Elmi Konfransında “Zetyun Bağları” markası da qatılıb.
Azərbaycan Dövlət İqtisad Universiteti, Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bu konfransda iştirak edən yerli və xarici qonaqlara zeytun tingləri hədiyyə edilib.
Bununla bərabər layihə çərçivəsində Nəriman Nərimanov rayonu ərazisində “Zeytun bağları” markasının dəstəyilə ağacəkmə aksiyası keçirilib, müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş ərazidə yüzlərlə zeytun ağacı əkilib.
Qeyd edək ki, ətraf mühitin qorunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşan “Zeytun bağları” #yaşılgələcək şüarına sadiqq qalaraq, bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.