“Zara”, “Pull&Bear”, “Bershka”, “Stradivarius”, “Massimo Dutti” brendlərinin sahibi olan “Inditex”, Livandakı françayzi “Daher Group”u ilə Rusiyadakı biznesini satmağa razılaşıb. Bu barədə “Inditex” saytında məlumat verilib.
Eləcə də bax: “Zara” adını dəyişərək Rusiya bazarına - QAYIDIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Sövdələşmənin şərtləri hökumət tərəfindən təsdiqlənərsə, bu, Rusiyada “Inditex Group” tərəfindən yaradılan əhəmiyyətli sayda iş yerlərinin saxlanmasına imkan verir”, – mesajda deyilir.
Eyni zamanda, şirkət qeyd edir ki, sövdələşmənin bağlanması “Inditex”in Rusiyadakı fəaliyyətinin dayandırılması demək olacaq. Xatırladaq ki, martın 5-də şirkətə məxsus brendlər Rusiyada fəaliyyətini dayandırıb.