İspaniyanın “Inditex” holdinqi Rusiyada “Zara” geyim mağazalarını yenidən açmağa hazırlaşır.
Eləcə də bax: Zara və Bershka-nın sahibi Rusiyada işini bərpa edəcəyini - GÖZLƏYİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Secretmag” bildirir. Nəşrin verdiyi məlumata görə, “Zara” da “McDonald’s” və “Pandora” kimi Rusiyada başqa brend altında fəaliyyət göstərməyi düşünür.
Mütəxəssislərin fikrincə, “Zara” mağazalarını yerli tərəfdaşlarına satmaqla Rusiyaya qayıda, biznesi yeni hüquqi şəxsə yenidən qeydiyyatdan keçirə bilər.
Xatırladaq ki, Inditex martın əvvəlində Rusiyada fəaliyyətini dayandırdığını elan edib. Şirkət Rusiyada 502 mağazanı bağlayıb və onlayn satışı dayandırıb. “Inditex” özündə “Zara”, “Bershka”, “Pull and Bear”, “Stradivarius”, “Massimo Dutti”, “Oysho” markalarını birləşdirir