“Zabrat Maşınqayırma Zavodu” ASC-nin nizamnamə kapitalı azaldılıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin 11 oktyabr 2025-ci il tarixli, 179 nömrəli sərəncamına əsasən, “Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 1 milyon 775 min 139 manat azaldılıb.
Dəyişikliyə əsasən, cəmiyyətin dəqiqləşdirilmiş nizamnamə kapitalı 5 milyon 325 min 417 manat məbləğində müəyyən edilib.
ASC-nin bunaqədərki nizamnamə kapitalı 7 milyon 100 min 556 manat idi.
Qeyd edək ki, “Zabrat Maşınqayırma Zavodu” 6 avqust 2004-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Faiq Əliyev Kərim oğludur. Hüquqi ünvanı Az1104, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Nəsibə Zeynalova, ev 196 ünvanıdır. Şirkətin 76 min 858.83 AZN ödənilməmiş vergi borcu vardır.