2018-ci ilin yanvar-mart ayları ərzində yeni yaradılmış müəssisə və təşkilatların 39,7 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 17,2 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 7,2 faizi “Tikinti”, 6,9 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 6,4 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,3 faizi “Peşə, elmi və texniki fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
Eləcə də bax: Səudiyyə nəhəngi Bakıda şirkət yaradıb
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, həmin müddət ərzində yeni yaradılmış müəssisə və təşkilatların 98,4 faizi xüsusi mülkiyyətli (o cümlədən 8,2 faizi tam xarici investisiyalı, 1,6 faizi birgə mülkiyyətli), 1,6 faizi isə dövlət mülkiyyətli müəssisələrdir.
Qeydiyyatda olan müəssisə və təşkilatların 54,6 faizi Bakıda yerləşib.
Hesabat dövründə yeni yaradılmış müəssisə və təşkilatların 61,8 faizi Bakıda, 11,7 faizi Abşeron, 7,7 faizi Aran, 4,3 faizi Gəncə-Qazax, 4,2 faizi Quba-Xaçmaz və 3,7 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar.