"Aramco Overseas Company Azərbaycan" dövlət qeydiyyatına alınıb.
FED.az xəbər verir ki, .irkətin qanuni təmsilçisi Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı Almari Talal Hussaindir.
Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ev 48, mənzil 22 olan şirkətin nizamnamə kapitalı 10 min avrodur.
Şirkət bu ilin martın 2-də dövlət qeydiyyatına alınıb.
Aramco Overseas Company neft və kimya sənayesi şirkəti kimi fəaliyyət göstərir. Şirkət həmçinin, tədqiqat, texnologiya, mühəndislik, təchizat, kadr və ixtisasartırma xidmətləri təklif edir.