Bu il də qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar Bakının bir sıra ərazilərində bayram yarmarkaları təşkil olunub. Metro stansiyalarının qarşısında qurulan yarmarka çadırları yanvar ayının əvvəlinə kimi fəaliyyət göstərəcək.
Bakıda "Şaxta baba" “olmağın” qiyməti artıb? - MƏBLƏĞ
FED.az xəbər verir ki, Yasamal rayonunda, "Elmlər Akademiyası" stansiyasının yaxınlığında fəaliyyət göstərən yarmarkada qiymətlərlə maraqlanılıb.
Şəhər sakinlərinin sözlərinə görə, yarmarkalarda mağazalarla müqayisədə qiymətlər daha münasibdir. Yeni ilin əsas atributu olan yolka ağacı burada 50-150 manat dəyərində satılır. Balaca stolüstü yolkaların qiyməti isə 5 manatdan başlayır.
Yarmarka çadırlarında çələnglərin və yeni il bəzəklərinin qiyməti 50 qəpikdən 3 manata qədərdir. Rəngli işıqların qiyməti 3-30 manat arasında dəyişir. Ən ucuz yumşaq oyuncaqların qiyməti 1 manat 50 qəpik, ən bahalısının qiyməti isə 30 manata yaxındır.Yolka üçün nəzərdə tutulan oyuncaqların qiymətləri isə 1-30 manat, çılçıraqlar 0,50-1 manat arasında dəyişir. Yolkaların qiyməti hündürlüyünə və bəzəyinə görə fərqlənir.
Belə ki, 120 sm hündürlükdə olan sadə yolka 25 manata, üzərində müəyyən qədər bəzək olan həmin ölçülü yolka isə 65 manata təqdim olunur. 150 sm sadə yolka 35 manata, ağ qar örtüyü ilə bəzənmii isə 100 manatadır. 210 sm sadə yolka 80 manat, bu hündürlükdə nisbətən bəzəkli olanı isə 150 manata təklif olunur.
Satıcılar bildirirlər ki, yarmarkaya maraq qənaətbəxşdir. (Trend)