Yəmən vətəndaşı Azərbaycanda nizamnamə kapitalı 72 min ABŞ dolları olan şirkət yaradıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda 31 xarici şirkət yaradılıb
FED.az “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, “Caspian İnternational Group” MMC bu ilin oktyabrın 8-də dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, hüquqi ünvanı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Memar Əcəmi, ev 18, döngə 2 olan şirkətin qanuni təmsilçisi Yəmən vətəndaşı Arab Shaker Hussein Mohammeddir.