Vergilər Nazirliyi ölkədə yeni yaradılan şirkətləri açıqlayıb. FED.az xəbər verir ki, bu dəfə ölkədə 230 yeni şirkətin açıldığı məlum olub. Biznes qurumları nəqliyyat, mühasibat, kənd təsərrüfatı, turizm, səhiyyə, təhsil və digər sahələri əhatə edir.
Yeni şirkətlər Bakıda və ölkənin regionlarında yaradılır, yeri gəlmişkən, bəzi fiziki şəxslər bir deyil bir neçə, hətta onlarla fərqli adlarla MMC-lər yaradırlar.
Azərbaycanda yeni şirkət yaradan xaricilərin də sayı artır. FED.az bildirir ki, göstərilən dövrdə xarici vətəndaşlar ölkəmizdə 31 şirkət təsis ediblər. Əvvəlki dövrlərdə olduğu kimi bu dəfə də əsas fəallıq İran vətəndaşlarında hiss olunur, onlar 9 şirkət təsis ediblər. Hindistan və Pakistan vətəndaşları da çox fəaldırlar. Ölkəmizdə biznes qurmaq istəyən xarici vətəndaşlar arasında Yəmən, Filippin, Əfqanıstan vı qonşu Gürcüstan vətəndaşları da var.
Azərbaycanda şirkət yaradan xarici vətəndaşlar:
İran vətəndaşları - 9 şirkət
Hindistan vətəndaşları - 4 şirkət
Pakistan vətəndaşları - 4 şirkət
Rusiya vətəndaşları - 3 şirkət
Türkiyə vətəndaşları – 3 şirkət
İsveç, Filippin, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Əfqanıstan, Gürcüstan, İraq və Böyük Britaniya vətəndaşları – hərəyə 1 şirkət.