Yaponiyada qəbul olunan qalmaqallı qanun Ankaranı qəzəbləndirib. Belə ki, rəsmi Tokio vətəndaşlarına işgüzar viza verilən ölkələrin siyahısına Türkiyəni daxil etməyib.
FED.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy Yaponiyada iş icazəsinin verilməsi şərtlərini təsdiq edən qanuna diqqət çəkib.
2019-cu ilin aprel ayında qüvvəyə minəcək normativ akta bir sıra ölkələrdən ibarət siyahı daxildir. Bu siyahıda yer alan ölkələrin vətəndaşları Yaponiyada işləmək icazəsi ala bilməyəcək və daimi yaşayış qeydiyyatına düşməyəcək.
Eləcə də bax: 3 dövlət İranla ticarət üçün birgə şirkət yaradıb
Aksoyun sözlərinə görə, yeni qanun Türkiyə və Yaponiya arasında strateji tərəfdaşlıq ruhuna ziddir.
Ankara qanuna yenidən baxılacağına inanır. Türkiyə hökumətinin bununla bağlı narahatlığı artıq Yaponiyanın Ankaradakı fövqəladə və səlahiyyətli səfirinin diqqətinə çatdırılıb.