Almaniya, Fransa və Böyük Britaniya hökumətləri Avropa ölkələrinin ABŞ sanksiyalarına rəğmən İranla ticarət əlaqələrinin dəstəklənməsi üçün yeni şirkət yaradıb.
FED.az xəbər verir ki, INSTEX şirkətinin mənzil-qərargahı Parisdə yerləşəcək və quruma bank sahəsində təcrübəsi olan Almaniya vətəndaşı rəhbərlik edəcək.
Şirkətin Müşahidə Şurasına britaniyalı rəhbərlik edəcək və hər üç ölkədən nümayəndə daxil olacaq.
Qeyd olunur ki, digər Avropa ölkələri də şirkətin Müşahidə Şurasına üzv olmaq üçün müraciət edə bilər.