2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 2 milyard 241,2 milyon manatlıq və ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar ayına nisbətən 2,6% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.