Azərbaycanda xarici kapitalla 9934 sahibkarlıq subyekti qeydiyyatdan keçib.
FED.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı və Uçot Departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.
Ə.Məmmədov bildirib ki, bu rəqəm ölkədə qeydiyyata alınmış hüquqi şəxslərin 15,1 faizini təşkil edir:
“Qeyri-rezidentlərə “ASAN İmza” mobil elektron imzasının verilməsi xarici kapitalla şirkətlərin sayının artmasına xidmət edəcək. Bu ilin 9 ayının yekunlarına əsasən xarici kapitalla şirkətlərin sayı bir qədər də artıb”.