İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə hazırlanmış “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatı üçün 32 ölkədə fəaliyyət göstərən 450 şirkətə biznes sorğu göndərilib.
Azərbaycan CEO-ları devalvasiydan qorxur, amma pullarının artacağını gözləyirlər – ARAŞDIRMA
Həmin şirkətlərin 27 %-i Almaniya, 11 %-i Böyük Britaniya, 4 %-i Türkiyə, 7 %-i ABŞ, qalan 51 %-i isə digər ölkələri təmsil edib.
Sorğu iştirakçılarının 63 %-ni isə Azərbaycanda biznes fəaliyyəti olan şirkətlər təşkil edib. Rəyi soruşulanlar ölkəmizdə xarici investisiyalar üçün hələ də böyük potensialın olduğunu qeyd edib. Bununla belə, onlar iri dövlət müəssisələrinin özəlləşdirilməsinin və dövlət administrasiyasında institusional islahatlara diqqət yetirilməsini tövsiyə edib.
Əhalinin yarıdan çoxu məhkəmələrə və icra başçılarına - ETIBAR ETMIR – RƏSMİ AÇIQLAMA
Sorğu iştirakçıları Azərbaycanda vergi və gömrük sahəsində atılan addımıarı ən uğurlu və səmərəli islahatlar kimi qiymətləndiriblər. Bununla belə, xarici investorlar əsas problemləri də sadalayıb - valyuta riski və sərt valyuta qaydaları, bizneslə əlaqəli proseslərdə korrupsiya, tam ədalətli məhkəmə sisteminin və yüksək ixtisaslı yerli işçi qüvvəsinin olmaması.
Əhalinin ən çox alış-veriş etdiyi marketlərin adı - MƏLUM OLUB - ARAŞDIRMA
Azərbaycandakı xarici investorların yarısı yerli biznes mühitindən razıdır
FED.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin 50 %-i ölkəmizdə investisiya yatırmaq üçün münbit şəraitin olması qənaətindədir.
Sorğuda iştirak edən xarici investorların 44 %-i gələcəkdə Azərbaycana investisiya qoyacağı ilə bağlı qeyri-müəyyən vəziyyətdə olduğunu, 6 %-i isə ölkəmizi yatırım üçün tövsiyyə etmədiyini bildirib.
Bundan başqa, rəyi soruşulanların 49 %-i gələcək biznes hədəfləri kimi fəaliyyətlərini genişləndirməyi və yeni investisiyalar yatırmağı, 42 %-i hazırkı vəziyyəti qoruyub-saxlamağı, 3 %-i isə biznesini bağlamağı planlaşdırdığını bəyan edib.
Xatırladaq ki, hesabat üçün 32 ölkədə fəaliyyət göstərən 450 şirkətə biznes sorğu göndərilib. Onların 27 %-i Almaniya, 11 %-i Böyük Britaniya, 4 %-i Türkiyə, 7 %-i ABŞ, qalan 51 %-i isə digər ölkələri təmsil edib. Sorğu iştirakçılarının 63 %-ni isə Azərbaycanda biznes fəaliyyəti olan şirkətlər təşkil edib (Report).