Azərbaycanda əhalinin ən çox alış-veriş etdiyi marketlər şəbəkəsinin adı məlum olub.
FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin araşdırmasında məlum olub.
Araşdırma istehlakçı davranışlarının mahiyyətini və xüsusiyyətlərini öyrənmək və bu istiqamətdə müəssisələri məlumatlandırmaq məqsədi daşıyır.
Araşdırma nəticələri göstərir ki, paytaxt müştəriləri ən çox “Araz” marketlərindən alış-veriş etsələr də, qavrayışlarındakı ən popluyar market “BRAVO” brendidir. Digər marketlərlə müqayisədə “Bazarstore” da arzuolunan şəbəkə kimi nisbətən yaxşı mövqeyə sahibdir.
“Ən çox qida alış-verişini hansı şəbəkə marketlərindən edirsiz” və “Nəqliyyat, pul və vaxtınız olsa, ən çox getmək istədiyiniz market hansıdır” suallarına respondentlərin 55,3%-i (327 resp) eyni marketin adını qeyd edib. Yerdə qalan 44,7% (264 resp) isə ikinci sualda fikrini dəyişərək başqa bir marketin adını qeyd edib.
Fikrini dəyişən 264 respondentin 50%-i xanımlar (132 nəfər), qalan 50%-i isə kişilərdir (132). Yaş kateqoriyasına isə fikrini dəyişənlər arasında yaşlılar çoxluq təşkil edib. Belə ki, fikrini dəyişən 264 respondentin 41%-ni (108 nəfər) 18-35 yaş arası gənclər, qalan 95%-ni (156 nəfər)isə 36-65 yaş arası olan respondentlər təşkil edib.
Digər tərəfdən çarpaz təhlil etdikdə məlum olur ki, fikrini “BRAVO”-nun lehinə dəyişənlər əsasən “Araz”-ın müştəriləridir. Bu fakta görə “BRAVO”-nun hələ də əlçatan olmadığı görünür.
“Ən çox qida alış-verişini hansı şəbəkə marketlərindən edirsiz” sualına cavab verən respondentlərin 24,4%-i “Araz”, 22,2%-i “BRAVO”, 10,7%-i “Bazarstore”, 5,6%-i “Bizim market”, 4,9%-i isə “Kingsmart” marketlərinin adını çəkiblər.
“Nəqliyyat, pul və vaxtınız olsa, ən çox getmək istədiyiniz market hansıdır” sualına “Araz”ı seçən respondentlərin 17,8%-i fikrini dəyişib. “BRAVO”nu seçən respondentlərin 40%-i, “Bazarstore”ni seçənlərin 11,2%-i, “Bizim market”i seçənlərin 5,9%-i, “Kingsmart”ı seçənlərin 3,9%-i fikrini dəyişib.
Qeyd edək ki, ümumilikdə 1255 respondent arasında keçirilən sorğu Bakı və 7 regionu əhatə edib. Sorğunun əhatə dairəsi 47,1% Bakı, 8% Sumqayıt, 8% Quba, 5,4% Şirvan, 8% Lənkəran, 7,5% Mingəçevir, 8% Şəki, 8% Gəncədir.
Respondentlərin 9,7%-i 17-25 yaş, 25,4%-i 26-35 yaş, 20,3%-i 36-45 yaş, 21,5%-i 46-55 yaş, 23,0%-i 56-65 yaş aralığında olub. Sorğu iştirakçılarının 50%-ni qadın, 50%-ni kişi təşkil edib.
Respondentlərin 45,6%-i orta təhsilli, 18,3%-i texnikum, 36,1%-i isə ali təhsilli olub. Sorğu iştirakçılarının 76,6%-i evli, 7,8%-i dul-boşanmış, 15,6%-i isə subaylar təşkil edib.
Ailə gəliri 250 manat olan iştirakçılar (orta: 720 AZN) 9,4%, şəxsi gəlirləri 250 manat olanlar isə (Orta: 520AZN) 17,3% təşkil edib. 251 manat ailə gəliri olanlar 26,1%, şəxsi gəlirləri 500 manat olanlar isə 25,7% olub. 501 manat ailə gəliri olanlar 12,8%, şəxsi gəliri 750 manat olanlar 6,8% olub. Ailə gəliri 751 manat olanlar 13,0%, şəxsi gəliri 1000 manat olanlar 5,0% təşkil edib. Ailə gəliri 1001 manat olanlar 5,6%, 1500 manat şəxsi gəliri olanlar 1,4% olub. Ailə gəliri 1500+ manat olanlar 51,1%, şəxsi gəliri 1,4% olub.
Ailə gəlirləri barədə cavab verməyənlər 28,0%, şəxsi gəlirləri barədə cavab verməyənlər isə 10,4% olub. Sorğu iştirakçılarının 32,0%-i “Gəlirim yoxdu” cavabını verib.