Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 18 min 688,81 ton çiyələk ixrac edilib.
Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 min 613 ton və ya 85,5% çoxdur.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, Bu ilin 10 ayında 25 milyon 488 min ABŞ dolları dəyərində çiyələk ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7 milyon 589 min dollar və ya 42,4% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında xaricə 17 milyon 898 min dollar dəyərində 10 min 075,81 ton çiyələk ixrac edilib
1 ton çiyələyin ixrac qiyməti hesabat dövründə 1 364, ötən ilin eyni dövründə 1 776 dollar olub. Bu da illik müqayisədə 413 dollar və ya 23,2% azdır.