Biznes

Xaçmazda Biznes İnkubasiya Mərkəzi - FƏALİYYƏTƏ BAŞLADI

Xaçmazda Biznes İnkubasiya Mərkəzi - FƏALİYYƏTƏ BAŞLADI | FED.az
16:10 22 Fev 2020

Xaçmaz KOB İnkişaf Mərkəzində gənclər və qadınlar üçün Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb.

Eləcə də bax: Azərbaycan ÜDM-də KOB-ların payını - 60%-Ə ÇATDIRMAĞI HƏDƏFLƏYİB

Bu barədə FED.az Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına əsasən xəbər verir. 

Biznes İnkubasiya Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə yaradılıb. Burada rezidentlərə biznes layihələrin hazırlanması, maliyyə resurslarına çıxış imkanları və maliyyənin idarə olunması, mentor və digər xidmətlər göstərilir.

Qeyd edək ki, KOBİA ötən ilin dekabr ayında inkubasiya iştirakçılarının seçilməsi məqsədilə müsabiqə elan edib, istehsal və xidmət sahələri üzrə 35 rezident seçilib. Rezidentlər Biznes İnkubasiya Mərkəzində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz edilmiş işçi otaqlarla təmin olunacaq və onlara xidmətlərdən hər cür faydalanmaq imkanı yaradılacaq. 

Digər xəbərlər

Banner