Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı hökumət tərəfindən yaxından dəstəklənir.
FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək üçün Tərəfdaşlıq Sammitində çıxış edərkən deyib.
Eləcə də bax: "İxracçılar vaxt və xərc itkilərindən, bürokratiyadan şikayətlənirlər" - MÜSAHİBƏ
O. Məmmədov bildirib ki, 2025-ci ildən sonrakı dövrdə KOBların payının ÜDM-də payının 60%-ə, qeyri-neft ixracında 40%-ə, məşğulluqda isə 70%-ə çatdırılması hədəf qoyulub.
APA