Moskvada keçirilən "Worldfood Moscow 2019" sərgisi çərçivəsində Azərbaycanın fındıq ixracatçısı 800 min ABŞ dolları dəyərində müqavilə imzalayıb.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Yusif Abdullayev deyib.
Eləcə də bax: Fındıq, qoz, şabalıd festivalı keçiriləcək - TARİX
Onun sözlərinə görə, müqavilə çərçivəsində 132 ton fındıq məhsulu ixrac olunacaq.
"Artıq növbəti həftə ərzində 22 ton fındığın ixracı gözlənilir. Ümumiyyətlə, müqavilə çərçivəsində öhdəliklər oktyabrın sonunadək tam yerinə yetiriləcək",- deyə Y. Abdullayev qeyd edib.
Apa