VTB üç il əvvəl milyarder Sergey Qalitskidən aldığı "Magnit" pərakəndə satış şəbəkəsindəki paydan tamamilə xilas olmaq qərarına gəlib.
Eləcə də bax: “Maqnit” Azərbaycan bazarına çıxmağı - Planlaşdırır
Rusiyanın ikinci dövlət bankı 17,28% payının 12,88%-lik hisəsini birbaşa Aleksandr Vinokurovun "Marathon" qrupuna satır.
FED.az xəbər verir ki, bu barədə VTB-nin mətbuat xidməti cümə axşamı bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qızı ilə evli olan keçmiş investisiya bankiri Vinokurov artıq pərakəndə satış şirkətinin səhmlərinin 16,9%-nə sahibdir. Bu əməliyyatdan sonra o, "Magnit"də 29,75% paya sahib olacaq.
Qalan 4,4% VTB tərəfindən bazara satılacaq. Bunun fonunda Moskva birjasının axşam hərracında “Magnit”in səhmləri 6% ucuzlaşıb.
VTB, xatırladıb ki, o dövrdə Rusiyanın ən böyük pərakəndə satış şəbəkəsində payı 138 milyard rubla almışdı.
"Magnit" mağazalarının ümumi sayı 25 315-ə çatıb.
“"Marathon Group" Rusiyanın istehlak sektorunda geniş investisiya təcrübəsinə və pərakəndə satış sektorunda dərin təcrübəyə malikdir. Son bir neçə ildə "Marathon Group" əsas səhmdarlardan biri kimi şirkətə yeni strategiyanın formalaşdırılması və həyata keçirilməsində fəal dəstək verib. Buna görə də, "Marathon Group"un şirkətdəki payının belə əhəmiyyətli artımı son nəticədə "Magnit"in bütün səhmdarları üçün faydalı olacaq", - VTB İdarə Heyətinin sədri Yuri Solovyev sövdələşməni şərh edib.
VTB Qrupu "Magnit" ilə tərəfdaşlığı davam etdirməyi və əməliyyat başa çatdıqdan sonra mövcud layihələr üzrə əməkdaşlığı davam etdirməyi planlaşdırır. (Marja)