"Maqnit” riteyleri Dağıstan bazarına çıxıb və növbəti beş il ərzində regionda 180-ə yaxın mağaza açmağı planlaşdırır.
Eləcə də bax: Emin Ağalarov: ""Crocus Group" Bakıda yeni restoranlar açacaq"
FED.az xəbər verir ki, Dağıstan Hökumətinin sədri Əbdülpatah Əmirxanov və şəbəkənin baş direktoru Yan Dyunninq bu gün əməkdaşlığa dair saziş imzalayıblar.
“Dağıstan bizim üçün xüsusi maraq kəsb edir, çünki o, Azərbaycan və İranla ticarət üçün müəyyən mərkəz rolunu oynaya bilər. “Maqnit” isə mağazalarla yanaşı, istehsalı da özündə ehtiva etdiyindən bizim üçün Azərbaycan və İran bazarları satış nöqteyi-nəzərindən maraqlıdır", - deyə Dyunninq vurğulayıb. (İnterfaks)