“Veysəloğlu” MMC distribusiya şirkəti 13 iyul 2021-ci il tarixində Kütləvi İnformasiya Vasitələrində (KİV) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yayımladığı məlumatla bağlı rəsmi açıqlama yayıb:
Eləcə də bax: «Veysəloğlu»dan maaş və iş vaxtı ilə bağlı - AÇIQLAMA
FED.az bildirir ki, “Yayımlanan məlumatda “Veysəloğlu” markası kimi təqdim edilən “Pit Bull” məhsulunun istehsal tərkibi ilə qablaşdırma məlumatlarının doğru olmadığı bildirilmişdir. Müvafiq araşdırılma aparılmadan belə bir xəbərin yayımlanması ilə bağlı təəssüf hissi keçiririk.
İctimaiyyət və KİV vasitələrinin nəzərinə çatdırırıq ki, “Veysəloğlu” MMC 15 yanvar 2021-ci il tarixindən etibarən “Pit Bull” markasının satış və distribusiyasını dayandırıb. Məhsulların üzərində sifarişçi şirkət olaraq “Veysəloğlu” MMC yazılmasına baxmayaraq, satışa yararlı məhsullar “Pit Bull” markasının istehsalçı şirkətinə təhvil verilib. Yuxarıda qeyd edilən tarixdən etibarən “Pit Bull” markasına məxsus hər hansı bir məsələdən “Veysəloğlu” MMC məsuliyyət daşımır.
Qeyd edək ki, “Veysəloğlu” MMC dünya brendləri ilə yanaşı, yerli istehsalçıların inkişafını dəstəkləyir və onların məhsullarının ölkə üzrə 12 mindən artıq satış nöqtəsinə aktiv şəkildə distribusiyasını həyata keçirir”.