Azərbaycanın aparıcı biznes qurumlarından olan «Veysəloğlu» şirkəti sosial şəbəkələrdə haqqında yayılan məlumatlarla bağlı açıqlama yayıb.
Şirkətdən FED.az-a verilən məlumatda deyilir ki, son günlər bəzi xəbər saytlarında “Veysəloğlu” şirkətində çalışan əməkdaşların iş saatı və əmək haqqı ilə bağlı tirajlanan iddialar tamamilə əsassızdır.
“Veysəloğlu” 25 ildən artıqdır ki, ərzaq və qeyri-ərzaq məhsulların idxalı, topdan və pərakəndə satışı ilə məşğul olan qeyri-neft sektrounun aparıcı şirkətlərindən biridir.
«Ölkənin aparıcı qida şirkətlərindən və qeyri neft sektorunda mühüm işə götürən müəssisələrdən olan “Veysəloğlu” əməkdaşlar ilə qarşılıqlı münasibətlərin tənzimlənməsi prosesində daim Korporativ idarə etmə prinsiplərinə uyğun hərəkət edir, şirkət əməkdaşları əmək bazarında rəqabətə davamlı əmək haqları ilə təmin olunur və iş vaxtları əmək qanunvericiliyinə əsasən tənzimlənir.
Kütləvi İnformasiya Vasitələrindən (KİV) bu kimi xəbərləri yayımlandan öncə tərəfimizdən mövqe öyrənilməsini xahiş edirik»-deyə açıqlamada bildirilir.