Hesablama Palatası Vergi Məcəlləsinə 2018-ci ildə edilmiş dəyişikliklərin bəzilərinin tam olaraq həyata keçirilməməsini “Büdcə zərfi”nə əlavə edilmiş yeni dəyişikliklərin tətbiqində risk amili olaraq dəyərləndirir.
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının 2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəyində bildirilir.
Eləcə də bax: Vergi Məcəlləsinə ediləcək - BÜTÜN DƏYİŞİKLİKLƏR - 2020-Cİ İL - TAM MƏTN
Qeyd edilib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər əsasən inzibatçılığın təkmilləşdirilməsi, bir sıra istiqamətlər üzrə məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi, ölkədə istehsal olunan aksizli mallar üzrə aksizlərin dərəcəsinin artırılması və əmlak vergisi üzrə azadolmaların məhdudlaşdırılması, eyni zamanda vergi güzəşt və azadolmalarının daha da genişləndirilməsi, o cümlədən ölkə ərazisində Formula 1 və Formula 2 yarışlarının keçirilməsi üzrə dövriyyələrin müvafiq vergilərdən azad olunması nəzərdə tutulur.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində edilən çoxsaylı yeniliklər paketi 2019-cu ildən qüvvəyə minsə də, həmin əlavə və dəyişikliklərdən bəzilərinin praktiki tətbiqi məsələləri hal-hazıradək tam yekunlaşmamışdır.
Marja