Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər qüvvəyə minərsə 2020-ci ildən məhkəmə qərarı ilə vergi ödəyicinin əmlakına yönəldilmiş vergi borcu məhkəmə qərarından 5 il ötdükdən sonra ÜMİDSİZ BORC hesab edilərək silinəcək.
Eləcə də bax: Vergi Məcəlləsinə ediləcək - BÜTÜN DƏYİŞİKLİKLƏR - 2020-Cİ İL - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə vergi eksperti Vəli Əliyev bildirib. Onun sözlərinə görə, yenilik, Məcəlləyə aşağıdakı məzmunda 93.1.3-cü maddənin əlavə edilməsi ilə bağlıdır:
Eləcə də bax: ƏDV nə zaman qaytarılacaq? - RƏSMİ
“93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.”;
Qeyd edək ki, məcəllədəki Maddə 93 ümidsiz borcların silinməsi qaydalarını tənzimləyir.