Azərbaycanlı milyarder Vahid Ələkbərovun Bakı səfərindən sonra, onun Azərbaycandakı şirkətinin nizamnamə kapitalı kəskin artırılıb.
Eləcə də bax: Vahid Ələkbərovla birgə İskəndər Xəlilov da Bakıya gəlib - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Topaz İnvestments Limited” QSC-nin nizamnamə kapitalı 391.1 milyon manata qədər artırılıb. Bu da 378.1 milyon manat əlavə maya yatırımı, yəni 30 dəfə artırılmaq deməkdir.
“Topaz İnvesments Limeted” Şirkəti Azərbaycanda ən böyük bank səhm paketinə malik olan investor şirkətlərdən biridir. Şirkətin hazırda bazarda mühüm dəyişiklərlə önə çıxan “Yelo Bank” ASC-nin 378 milyon manatlıq səhm paketininin 96%-nə sahibdir.
İnvestor şirkət 2005-ci ildə təsis edilib, şirkətin sədri Marina Kulişova Valeryevnadır.