Dünyanın ən zəngin insanlarından sayılan Uorren Baffet ictimai fəaliyyətini dayandırmaq və xeyriyyə fondlarına inanılmaz məbləğdə vəsait - 1,3 milyard dollar ianə etmək niyyətindədir.
İş adamları birliyi vergi güzəştləri ilə bağlı - TƏKLİFLƏR AÇIQLADI
FED.az xəbər verir ki, 95 yaşlı milyarder bu barədə holdinqi “Berkshire Hathaway”in səhmdarlarına ünvanladığı məktubda bildirib.
Söhbət Baffetin övladlarına məxsus olan 4 fonddan gedir- “The Susan Thompson Buffett Foundation”, “The Sherwood Foundation”, “The Howard G. Buffett Foundation” və “NoVo Foundation”.
O, həmin fondlara “Berkshire Hathaway”a aid 2,7 milyon səhmi bağışlayacaq. “Bloomberg” agentliyi həmin səhmlərin ümumi dəyərinin 1,3 milyard ABŞ dollarına yaxın olduğunu hesablayıb. (Trend)













