Ukraynalı məşhur iş adamı Rinat Axmetovun sərvəti 64% azalıb. Buna baxmayaraq, o, hələ də ölkənin ən varlı vətəndaşıdır.
Eləcə də bax: İlon Mask Tvitteri almaqdan imtina edib - 1 MİLYARD DOLLAR CƏRİMƏ ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, bu barədə “Forbes Ukraine” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Axmetovun aktivləri fevralda 13.7 milyard dollar, iyulda isə 4.9 milyard dollara qədər azalıb.
Buna səbəb “Metinvest” mədən-metallurgiya şirkətinin Mariupoldakı iki əsas müəssisəsini – Azovstal və Mariupol Metallurgiya Zavodunu itirməsi olub. (Modern.az)