Türkiyədə tutuquşular kütləvi şəkildə alınır.
Türkiyədə nar souslarının satışı - QADAĞAN OLUNDU
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu quşların yeraltı təkanları əvvəlcədən hiss etməsi ilə bağlı məlumatlar fonunda onlara maraq kəskin artıb.
Heyvan mağazalarından birinin məlumatına görə, zəlzələlərdən sonra satışlar təxminən 10 dəfə artıb.
"Türkiyə sakinləri arasında zəlzələləri qabaqcadan bildiyi və qəfil davranış dəyişikliyi ilə sahiblərini xəbərdar etdiyi güman edilən tutuquşuların populyarlığı kəskin artıb. Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra tutuquşuların satışı orta hesabla 10 dəfə artıb. Təbii fəlakət zamanı yaşanan qorxu insanları bəzi heyvanların mümkün kataklizmlərin ilk əlamətlərini hiss etmə qabiliyyətinə arxalanaraq, təkanları proqnozlaşdırmaq yollarını axtarmağa vadar edir",- mətbuat yazır. (Marja)