Türkiyədə nar ətirli sous, nar sousu, narlı sous, nar siropu sousu, nar ətirli şərbət və nar siropu kimi məhsullar satılmayacaq.
Azərbaycan yanvarda nar ixracını - 5 DƏFƏYƏ YAXIN ARTIRIB
FED.az xəbər verir ki, Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən hazırlanan “Türk Qida Kodeksində dəyişiklik edilməsi haqqında Əsasnamə” Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minib.
Dəyişikliyə görə nar şərbətinə nar, nar şirəsi, nar şirəsi konsentratı və sudan başqa heç bir qida maddəsi əlavə edilə bilməz.
Nar sousu, narlı sous, nar ətirli şərbət və nar ətirli şərbət kimi adlarla nar şərbətinə bənzər məhsullar daxili bazara təqdim edilməyəcək. (Marja)