Türkiyəni ən böyük rəqəmsal oyun şirkətlərindən biri olan “Peak Games”in bir hissəsi dünyanın ən böyük oyun şirkətlərindən olan “Zynga” tərəfinədən satın alınıb.
FED.az xəbər verir ki, satınalma müqaviləsinin məbləği 100 milyon dollardır. Nəticədə “Peak Games”in 3 oyunu artıq Zynga şirkətinin ixtiyarında olacaq. Ən maraqlısı isə odur ki, dəyəri yüz milyon dollarla ölçülən “Peak Games” şirkəti cəmi 6 il bundan əvvəl iki türk gənc tərəfindən yaradılıb.
FED.az xəbər verir ki, bu şirkət 2011-ci ildə Rina Onur və Sidar Şahin adlı iki gənc tərəfindən yaradılıb.
Rina Onur Harvard Universitetini bitirib, daha əvvəl “Morgan Stanley”də çalışıb.
Sidar Şahin isə Boğaziçi Universiteti məzunudur və “Trendyol”un qurucu ortaqlarından biri olub.
Gənclər bildirirlər ki, zirvəni hədəflədikləri üçün qurduqları sosial oyun şirkətinin adını “Peak Games” qoyublar. Bu şirkət “Facebook”, brauzer və mobil olmaq üzrə 3 istiqamətdə oyun hazırlayır.
Hazırda “Peak Games” dünyada ilk 5 sosial oyun şirkətlərindən biridir. Şirkətin uğurlu ideyası investorları cəlb edib və onlar demək olar ki, dərhal - 2011-ci ilin dekabr ayında 20 milyon dollarlıq yatırım əldə edib.
2012-ci ildə “Peak Games”Səudiyyə Ərəbistanının ən böyük oyun şirkətini satın alır.
Hazırda “Peak Games”in Mərkəzi və Şərqi Afrikada 5 milyon, Türkiyədə isə 6 milyon istifadəçisi var.
Şirkətin İstanbul, Ankara, İordaniya və Səudiyyə Ərəbistanında, ümumi 200 nəfər işçisi olan nümayəndəlikləri fəaliyyət göstərir.
Eləcə də bax: İşdən qovuldu, milyon dollarlıq biznes qurdu
Türkiyədə iki gəncin qurduğu şirkət - 100 MİLYON DOLLARA SATILDI
14:01
9 Noy 2017