Biznes fəaliyyətlərində uğur ya da uğursuzluq işin bir parçasıdır. Eləcə də uğursuzluq səhvlərdən dərs çıxarmaq üçün olduqca önəmlidir. Eyni zamanda Venture Capital şirkətləri ortalama olaraq 10 layihədən 6-nın uğursuz olduğunu qəbul edir.
Ümumiyyətlə uğursuzluq acı amma, yeni təcrübələri əldə etmə adına önəmlidir. Ethan Czahor hər zaman xəyalını qurduğu işindən elə təsiredici şəkildə qovulmuş ki, onun qovulma səbəbi yeni bir təşəbbüs fikrini ortaya çıxarmışdır.
FED.az xəbər verir ki, Ethan Czahor bir seçkilərdə baş texnologiya məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Onun başlıca vəzifəsi isə, sosial media strategiyasını müəyyən etmək olmuşdur. Ancaq, onun Twitter keçmişində qadınlara və eynicinslilərə qarşı mesaj olduğu təyin edilmiş və vəzifəsindən azad edilmişdir.
Heç şübhəsiz ki, bu onun üçün dərs ola bilmişdir. Amma, Ethan Czahor bunun başqalarının başına gəlməməsi üçün “Clear” tətbiqetməsini yaratmışdır.
Clear tətbiqetməsinin vəzifəsi Facebook, Twitter, İnstaqram kimi sosial medialarda sizin keçmiş fəaliyyətlərinizi analiz etmək, var olan ədəbsiz, xoşagəlməz ifadələri aşkarlamaq və silmək üçün sizin seçiminizə vermiş olmasıdır. Beləliklə siz bu xoşagəlməz yazıları araşdırmaq üçün zaman xərcləməmiş olacaqsınız.
Hal hazırda tətbiqetmə yalnızca ingilis dilində istifadə edilir. Bu proqram xüsusi ilə siyasi yöndə irəliləmək istəyənlər üçün yararlı olacaqdır. Proqram tam olaraq hazırlanmış vəziyyətdə deyil və bu bir qədər zaman alacaqdır.
Eləcə də bax: Türkiyədə iki gəncin qurduğu şirkət - 100 MİLYON DOLLARA SATILDI
İşdən qovuldu, milyon dollarlıq biznes qurdu
13:19
9 Noy 2017