2023-cü ildə Türkiyədə Azərbaycan kapitalı ilə 267 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 83 şirkət azdır.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 372,2 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 164,5 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ildə Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (222) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 336,8 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildiriblər.
Məlumata əsasən ki, 2023-cü ildə Türkiyədə Azərbaycan kapitalı ilə 26 inşaat, 138 topdan və pərakəndə ticarət şirkət, 11 turizm şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)