"İmişli Yol Tikinti-6" ASC (VÖEN: 5500005901) ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ3014 İmişli şəhəri, Bəhrəmtəpə ŞTQ ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "İmişli Yol Tikinti-6" ASC 18 yanvar 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 062 190 manatdır, qanuni təmsilçisi isə Əlizadə Aslanov Hazar oğludur.